“Arsenal”ın transfer xərcləri

“Arsenal”ın transfer xərcləri

“Arsenal”ın yay transferlərinə ayırdığı vəsait bəlli olub. İngiltərə klubunun rəhbərliyi bunun üçün 230 milyon avro ayıracaq.

Baş məşqçi Mikel Arteta istədiyi oyunçulara almaq imkanı qazanıb. O, “Vest Hem”dən Deklan Rays, “Brayton”dan Moyses Kaysedonu sərəncamında görmək istəyir.

Londonlular “Barselona”dan Rafinya, “Bayer”dən Musa Diabini də heyətinə qata bilər. “Çelsi”nin üzvü Meyson Maunt da “topçular”ın hədəfindədir.

Qeyd edək ki, Premyer Liqada 35 oyunda 81 xal toplayan “Arsenal” ikinci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin yay hədəfi

Növbəti yazı

Hurkaçla Muzetti Ştutqartda