“Arsenal”ın Jorjinyo planı

“Arsenal”ın Jorjinyo planı
“Çelsi”nin futbolçusu Jorjinyo klubunu dəyişə bilər. 31 yaşlı yarımmüdafiəçi “Arsenal”a keçməyə yaxındır.

Konnor Qallaxeri “Everton”a sata bilməyən “zadəganlar” Jorjinyo ilə vidalaşmağa razıdır. Mikel Arteta da onu sərəncamında görmək istəyir.

“Çelsi” bu transferdən 15-20 milyon avro qazanmağı planlaşdırır. Hazırda London klubları arasında danışıqlar gedir.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün 25 matçında 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Noyerin qayıdacağı vaxt müəyyənləşdi

Növbəti yazı

“Roma” Zanioloya əvəzləyici tapdı