“Arsenal”dan “Qalatasaray”a

“Arsenal”dan “Qalatasaray”a

“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd El-Neni karyerasını Türkiyədə davam etdirə bilər. 29 yaşlı futbolçu “Qalatasaray”ın maraq dairəsindədir.

“Cim-bom”un baş məşqçisi Fatih Terim misirli orta sahə oyunçusunu sərəncamında görmək istəyir. İstanbul təmsilçisi yay fasiləsində reallaşdıra bilmədiyi keçidi yanvarda həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Məhəmməd el-Neni bu mövsüm “Arsenal”ın heyətində 4 oyun keçirib.
 

ETOPAZ

Əvvəlki yazı

Cokoviç yarımfinalda

Növbəti yazı

Qrizmannın diskvalifikasiyası azaldıldı