Qrizmannın diskvalifikasiyası azaldıldı
“Atletiko”nun apelyasiya şikayəti təmin olunub. Madrid təmsilçisinin hücumçusu Antuan Qrizmanna Çempionlar Liqasında verilən 2 oyunluq cəza azaldılıb.
Fransalı forvard qrup mərhələsinin II turunun “Liverpul”la matçında (2:3) rəqibin hücumçusu Roberto Firminonun başına təpiklə vurduğu üçün meydandan qovulub. Bu səbəbdən o, ingilislərlə cavab görüşünü (0:2) buraxıb.
UEFA Qrizmannın rəqibi qəsdən vurmadığı qənaətinə gələrək, cəzanın 1 matça endirilməsini qərara alıb. Bu isə o deməkdir ki, forvard V turda “Milan”la görüşdə iştirak edəcək.
Qeyd edək ki, “Atletiko” – “Milan” görüşü noyabrın 24-də keçiriləcək