Cokoviç yarımfinalda
Dünyanın birinci raketkası Novak Cokoviç “ATP Finals”ın qrup mərhələsini qələbə ilə başa vurub. O, son oyununda Kemeron Norriyə qalib gəlib – 6:2, 6:1.
Cokoviç bu turnirdə 6-cı dəfə qrupdan məğlubiyyətsiz çıxmağı bacarıb. Əvvəllər o, bunu 2012, 2013, 2014 (bu üç ildə titul qazanıb), 2016 və 2018-ci illərdə (bu iki ildə turniri finalçı kimi başa vurub) edib.
Qeyd edək ki, serbiyalı raketka ustası yarımfinalda Aleksandr Zverevlə qarşılaşacaq.