Arnautoviç klub tarixinə düşdü

Arnautoviç klub tarixinə düşdü

Marko Arnautoviç “Bolonya”nın tarixinə düşüb. Hücumçu A seriyasının VI turunun “Fiorentina” ilə oyununda qol vurub.

Avstriyalı “Bolonya”nın heyətində ilk 6 turda 6 qol vurmağı bacarıb. Marko klub tarixinin son 60 ilində buna nail olan ilk legionerdir.

1962/63 mövsümündə Harald Nilsen daha məhsuldar olub. Danimarkalı 6 görüşdə 7 dəfə fərqlənib.

Qeyd edək ki, “Bolonya” Arnautoviçin qolu sayəsində 2:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Liderlərin duelində 7 qol

Növbəti yazı

“Marsel”dən rekord