Ardıcıl üçüncü yarımfinal

Ardıcıl üçüncü yarımfinal


ABŞ-in Tsintsinatti şəhərində keçirilən “Masters” turnirinin Paula Badosa – Karolina Plişkova oyunu yarımçıq qalıb. İspaniyalı tennisçi zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib. Badosa ilk setin sonlarında həkimə müraciət etməli olsa da, matç dayandırılmayıb.
İlk hissədə 5:7 hesabı ilə uduzan tennisçi ikinci setdə hesab 0:2 olarkən mübarizəni saxlayıb.
Bununla da Plişkova karyerasında 13-cü dəfə WTA-1000 səviyyəli turnirdə yarımfinalda yüksəlib. Çexiyalı buna ardıcıl üçüncü dəfə imza atıb. Roma və Monrealda finalda uduzan Karolina yarımfinalda Jil Taykmannla görüşəcək.

ETOPAZ

Əvvəlki yazı

Yeni mövsümə birlikdə!

Növbəti yazı

Avropa çempionu “Milan”da