Günün kuponu – 04.07.2024
Argentina – Ekvador 1
Qrup mərhələsini yüz faizlik nəticə ilə adlayan Argentina Ekvadorla görüşdə də favoritdir. Qrupu çətinliklə adlayan Ekvador çətin ki, rəqibə müqavimət göstərə bilsin.
LA Galaxy – Los Angeles FC QOL/QOL
Əmsallara görə derbidə “qonaq”lar daha şanslı hesab edilir. Amma belə oyunların favoriti olmur. Kimin qələbə qazanacağını söyləmək çətindir. Amma hər iki komandanın hücum potensialını və son oyunlarının statistikasını nəzərə alsaq qarşılıqlı qolların olacağını güman edə bilərik.
FCSB – FC Hunedoara 2,5 ÜST
Super Kubok oyunları adətən bol qollu keçir. Bu tip oyunlar daha çox azarkeşlərə hesablanmış futbol şousu hesab olunur. Daha çox Styaua kimi tanıdığımız FCSB superkubok matçında da məhsuldar oyun göstərəcək. Bu qarşılaşma üçün 2,5 Üst seçimini tövsiyə edirəm.