Avropa çempionu “Milan”da
İtaliyanın “Milan” klubu heyətinə yeni futbolçu qatıb. A seriyası təmsilçisi İtaliya yığmasının və “Roma”nın müdafiəçisi Alessandro Florensinin keçidini rəsmiləşdirib. AVRO-2020-nin qalibi bir illik icarəyə götürülüb.
Florensi ötən mövsümdə PSJ-də icarədə olub. O, Fransa klubunda 31 matçda 2 qol vurub.