Ardıcıl 7-ci qələbə

Ardıcıl 7-ci qələbə

“İnter” A seriyasında ardıcıl 7-ci qələbəsini qazanıb. Milan təmsilçisi XIX turun matçında “Torino”nu 1:0 hesabı ilə məğlub edib.

Simone İnzaqinin yetirmələri son 7 görüşdə 20 qol vurub və yalnız 2-ni buraxıb. Son 6 qarşılaşmada isə quru hesablı qələbə qeydə alınıb.

Məğlubiyyətsilik seriyası isə 11-ə çatıb. “İnter” sonuncu dəfə oktyabrın 16-da “Latsio”ya uduzub – 1:3. Son çempion növbəti matçını 2022-ci il yanvarın 6-da “Bolonya”ya qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

Sabiq birinci raketkanı həbs cəzası gözləyir

Növbəti yazı

“Qolden Steyt”də yeni müdafiəçi