Ardıcıl 15-ci qələbə: Rekorda 2 oyun qaldı

Ardıcıl 15-ci qələbə: Rekorda 2 oyun qaldı

“Finiks” NBA-da ardıcıl 15-ci qələbəsini qazanıb. Bu, “Nyu-York”la matça təsadüf edib.

“Sans” 118:97 hesabı ilə qalib gəlib. Komandasının qələbəsində Devin Buker böyük pay sahibi olub. Ulduz müdafiəçi 32 xal toplayıb.

“Finiks” növbəti görüşünü bu gün keçirəcək. Rəqib “Bruklin” olacaq.

15 oyunluq qələbə seriyası “Sans” üçün son 15 ilin rekordudur. 2006/07 mövsümündə “Finiks” 17 qələbəni sıralayaraq klub tarixinin rekorduna imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.11.2021

Növbəti yazı

ATP-dən yeni təqvim