Sürpriz kupon – 27.11.2021
“Empoli” – “Fiorentina” – 2,5 alt
“Fiorentina”nın ötən tur “Milan” a qalib gəlməsini unutmaq lazım, “Empoli” ilə görüş heç də asan olmayacaq. Hər iki komanda məhsuldarlığı ilə seçilsə də, fikrimcə, bu dəfə bol qollu oyun olmayacaq. “Fiorentina”nın son 4 səfər matçına nəzər yetirək: hamısında 1 qol vurulub! Florensiyalıların “səfərdə ehtiyatlı oyun” taktikasına əsaslanıb 2,5 alt variantına daha çox inanıram.
“Alaves” – “Selta” – 2
Son 5 turda uduzmayan “Alaves” belə demək mümkünsə, “ağını çıxarıb”. Heç kim onlardan belə irəliləyiş gözləmirdi. “Selta” isə əksinə, son 4 matçda qalib gələ bilmir. Məncə, artıq “Selta”nın qələbə qazanmaq, “Alaves”in isə uduzmaq vaxtıdır. Sürpriz axtarışına çıxmışıqsa, bundan yaxşı sürpriz?!
“Köln” – “Borussiya MN” – 2,5 üst
5 turdur bundesliqada qələbə qazana bilməyən “Köln” bu uğursuz gedişatı dayandırmaq üçün bütün gücünü səfərbər edəcək. Münhenqladbax klubunun heyətində olan itkilər meydan sahiblərinin hətta 3 xal qazanmaq şansını da artırır. Amma “Borussiya” nın da qol vurmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq, 2,5 üst variantı daha real görünür.
“Empoli” – “Fiorentina” – 2,5 alt – 2,10
“Alaves”- “Selta” – 2 – 2,45
“Köln” – “Borussiya MN” – 2,5 üst – 1,55
Yekun əmsal: 7,97