“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan”dan yeni transfer

“Araz-Naxçıvan” yeni mərkəz müdafiəçisi ilə anlaşıb. İssouf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Burkina Fasodan olan 29 yaşlı mərkəz müdafiəçi karyerasına vətənində “Ouagadougou” klubunda başlayıb. O, həmçinin, müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Çamois Niort”, “Concarneau” komandalarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” 4 turdan sonra 7 xalla Azərbaycan çempionatında 4-cüdür.

ETOPAZ

Əvvəlki yazı

Elçin Məsiyevə növbəti təyinat

Növbəti yazı

Aleksey Kaşuk “Qarabağ”da