“Araz-Naxçıvan”da yubiley

“Araz-Naxçıvan”da yubiley

Araz-Naxçıvan”ın futbolçusu Turan Manafov Premyer Liqada 100-cü oyununu keçirib. 26 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.

Turan “Zirə” ilə ev görüşündə (0:3) “100”ə çatıb. Debütü 2018/19 mövsümünə təsadüf edən arxa xətt oyunçusunun ilk komandası “Sumqayıt” olub.

Manafov “Gənclik şəhəri” təmsilçisində 1, “Səbail”də 75 (3 qol), “Araz-Naxçıvan”da 24 (3 qol) oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

PSJ-nin seriyası davam edir

Növbəti yazı

Günün şansı – 27.02.2024