“Araz-Naxçıvan”da yeni məşqçi

“Araz-Naxçıvan”da yeni məşqçi

“Araz-Naxçıvan”ın məşqçilər korpusunda dəyişiklik edilib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Teodor Terziev komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub. Şimali Makedoniyadan olan 26 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan Terziev UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, ötən ildən klubla paralel Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan növbəti transfer

Növbəti yazı

Günün kuponu – 28.06.2024