Andrey Şevçenko MLS yolunda
Ukrayna milli komandasının sabiq baş məşqçisi Andrey Şevçenko karyerasını ABŞ-da davam etdirə bilər. 45 yaşlı mütəxəssis MLS-də mübarizə aparan üç klubun maraq dairəsindədir. Hər üç klubun rəhbərliyi Şevçenkonu yeni mövsümün əvvəlində komandasında görmək istəyir. Ukraynalı ilə danışıqlara da start verilib.
Xatırladaq ki, 2016-cı ildə yığmanın baş məşqçisi təyin edilən Şevçenkonun iyulun sonunda başa çatan müqaviləsi uzadılmayıb.