“Barselona”nın qənimi

“Barselona”nın qənimi

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasının I turunun oyununda “Barselona”nın qapısına növbəti qolunu vurub. Bu, yarımmüdafiəçinin İspaniya təmsilçisinin qapısından keçirdiyi 7-ci top olub. Almaniyalı futbolçu Çempionlar Liqasında “Barselona”ya ən çox qol vuran oyunçudur. O, bu topları 6 qarşılaşmada vurub.

La Liqa klubuna qarşı 11 oyun keçirən Andrey Şevçenko 5 dəfə fərqlənib. Juninyo Pernambukano və Killian Mbappenin aktivində 4 qol var. Braziliyalı 5, fransalı 2 görüşdə “Barselona”ya rəqib olub.

Xatırladaq ki, “Nou Kamp”dakı qarşılaşmada “Bavariya” 3:0 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldodan stüarda hədiyyə

Növbəti yazı

Andrey Şevçenko MLS yolunda