“Arsenal” Lenonu satır

“Arsenal” Lenonu satır

İngiltərənin “Arsenal” klubu qapıçısı Bernd Leno ilə vidalaşmağa qərar verib. Almaniyalı qolkiper qış transfer pəncərəsində satılacaq. Klub rəhbərliyi Aron Ramsdeylin transferindən sonra Lenonun komandaya lazım olmadığı qənaətinə gəlib. Premyer Liqa klubu qapıçı ilə bağlı təklifləri dəyərləndirməyə hazırdır. Berndin xidmətində İtaliya klubları maraqlıdır.

Xatırladaq ki, Bernd 2018-ci ildə “Bayer”dən 25 milyon avroya transfer olunub.

ETOPAZ

Əvvəlki yazı

Andrey Şevçenko MLS yolunda

Növbəti yazı

Maksim Medvedev: “Tilsimi qırmaq istəyirik”