Ançelottidən rekord

Ançelottidən rekord

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. İtaliyalı mütəxəssis turnirdə ən çox oyun keçirən məşqçi olub.

Ançelotti “Mançester Siti” ilə görüşdə 191-ci dəfə komandasını meydana çıxarıb. Bununla da, o, “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Fergüssonu (190 oyun) arxada qoyub. Arsen Venger (184 oyun) üçüncü, Pep Qvardiola (160 oyun) isə dördüncü pillədə qərarlaşıb.

Don Karlo bu matçların 106-da qələbə qazanıb, 41-də heç-heçə oynayıb, 42 görüşdə isə uduzub.

ETOPAZ

Əvvəlki yazı

100-cü qələbə

Növbəti yazı

FİFA DÇ-2026-nın loqosunu təqdim etdi