Almaniya DÇ-2022-də

Almaniya DÇ-2022-də

Qətərdə keçiriləcək DÇ-2022-yə seçmə mərhələdən vəsiqə qazanan ilk komanda bəlli olub. Yarışa birbaşa qatılacaq meydan sahiblərindən sonra Almaniya millisi bu hüququ qazanıb.

Bundestim Avropa zonası üzrə seçmə mərhələnin J qrupunun qalibi olub. Hans-Diter Flikin yetirmələri VIII turda Şimali Makedoniyanı səfərdə 4:0 hesabı ilə məğlub edib.

Bütün qolları ikinci hissədə vuran Almaniya millisi xal hesabını 21-ə çatdırıb. Bununla da Bundestim sona iki tur qalmış 8 xal qabaqladığı izləyiciləri üçün əlçatmaz olub. İkinci sıradakı Rumıniyanın cəmi 13 xalı var.

Bununla da Almaniya üçün gələn ay Lixtenşteyn və Ermənistanla keçiriləcək görüşlər formal xarakter daşıyacaq. Asiyadakı mundial Bundestim üçün sayca 20-ci olacaq.

Xatırladaq ki, Qətər və Almaniyanın iştirak edəcəyi DÇ-2022-də ümumilikdə 32 komanda mübarizə aparacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.10.2021

Növbəti yazı

Con İzner İndian-Uellsdəki turniri tərk etdi