Alkantara karyerasını bitirir

Alkantara karyerasını bitirir

Daha bir ulduz futbolla vidalaşmağa yaxındır. Tyaqo Alkantara karyerasını bitirəcək.

Onun qərarına xroniki zədələr təsir göstərib. İspaniyalı 33 yaşında peşəkar karyerasını bitirir.

2020-ci ildən “Liverpul”da çıxış edən futbolçu ötən mövsümdə cəmi 1 oyunda meydana çıxa bilib. Alkantaranın karyerasını bitirdikdən sonra “Barselona”nın məşqçilər korpusunda yer alacağı xəbərləri yayılıb.

Qeyd edək ki, Tyaqo karyerası ərzində “Liverpul”la yanaşı “Barselona” və “Bavariya”nın da şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Cokoviç “1000”ə çatdı

Növbəti yazı

Olise “Bavariya”da