Ağlasığmaz lider

Ağlasığmaz lider

“Çikaqo”nun basketbolçusu Aleks Karuzo NBA-da qeyri-adi göstəriciyə imza atıb. Topalma reytinqində liderlik edən müdafiəçi buna meydanda az vaxt keçirməklə nail olub.

Karuzo mövsümün arxada qalan hissəsində hər oyuna 2,6 topalmaya imza atıb. O, meydanda keçirdiyi dəqiqə sayına görə NBA-da 120-cidir.

Basketbolçu bu yay “Leykers”dən “Çikaqo”ya azad agent kimi keçib. O, cari mövsüm hər matçda 8,5 xal və 3,6 ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Tilsim qırıldı

Növbəti yazı

“ATP Finals”ın qrupları müəyyənləşdi