“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Tilsim qırıldı
İspaniya millisi penalti tilsimini qırıb. Pireneylilər DÇ-2022-nin seçmə mərhələsinin Yunanıstanla oyununda hesabı 11 metrlik cərimə zərbəsindən açıb. Bu qola Pablo Sarabiya imza atıb.
O, komandasının uğursuz seriyasına son qoyub. Belə ki, İspaniya millisi bunadək son 5 penaltini qaçırmışdı. Abel Ruis, Jerar Moreno, Alvaro Morata və iki dəfə Serxio Ramos bu imkandan yararlana bilməmişdi. Bu, İspaniya millisinin tarixində ən uzun qeyri-dəqiq penaltilər seriyası idi.