Ağır cəza təhlükəsi

Ağır cəza təhlükəsi

“Atletiko” – “Barselona” oyunundakı qalmaqalın günahkarlarını gözləyən cəza bəlli olub. La Liqanın 16-cı turunun matçında “fərqlənən” meydan sahiblərinin müdafiəçisi Stefan Saviç və qonaqların hücumçusu Ferran Torres 12 oyunluq diskvalifikasiya ala bilər.

Uzatma dəqiqələrində toqquşma zamanı yerə yıxılan futbolçular arasında münaqişə yaşanıb. Hakim hər iki oyunçuya qırmızı vərəqə verib.

Onların bu hərəkəti rəqibə hücum kimi dəyərləndirilə bilər. Əgər bu davranış belə sərt hesab olunsa, Saviçlə Torres 12 matç kənarda qalacaq. “Barselona” səfər görüşündə 1:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 6-cı məğlubiyyət

Növbəti yazı

“Finiks”dən ilk