AFFA rəsmisi Konfrans Liqası matçında

AFFA rəsmisi Konfrans Liqası matçında

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Bunu milli assosiasiyanın mətbuat xidməti açıqlayıb.

O, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Partizani” (Albaniya) – “İberia” (Gürcüstan) oyununun UEFA nümayəndəsi olacaq. Avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Hidayət Heydərov 1/4 finalda

Növbəti yazı

“Kəpəz”in yeni icraçı direktoru müəyyənləşdi