AFFA-dan klubları cəzalandırdı

AFFA-dan klubları cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycan Premyer Liqasının V turunda baş verənlərlə bağlı qərarlar verilib.

“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.

“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat ziyana düşüb.

“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimələnib.

“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq olunub.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 07.09.2024

Növbəti yazı

“Qəbələ”dən növbəti transfer