A seriyasında istefa

A seriyasında istefa

İtaliya A seriyasında baş məşqçi istefası gerçəkləşib. “Salernitana” Fabritsio Kastorini vəzifəsindən azad edib. Buna komandanın uğursuz nəticələri səbəb olub.

Ötən il “Salernitana”nın baş məşqçisi təyin olunan Kastori komandanı A seriyasına çıxarıb. Onun yetirmələri B seriyasında ikinci olub. Lakin cari mövsümün ilk 8 turundan sonra 4 xalla sonuncu pillədə qərarlaşan klub rəhbərliyi nəticədən narazı qalıb.

67 yaşlı mütəxəssisi Stefano Kolantuono əvəzləyib. 58 yaşlı çalışdırıcı “Udineze”, “Atalanta”, “Torino” kimi klublara rəhbərlik edib. O, 2017/18 mövsümündə “Salernitana”nın baş məşqçisi olub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” “Neftçi” ilə fərqi artırdı

Növbəti yazı

Premyer Liqada oyun dayandırıldı, Brüs “1000”ə çatdı