Premyer Liqada oyun dayandırıldı, Brüs “1000”ə çatdı

Premyer Liqada oyun dayandırıldı, Brüs “1000”ə çatdı

İngiltərə Premyer Liqasının VIII turunda “Nyukasl” “Tottenhem”i qəbul edib. Bu görüşdə qonaqlar 3:2 hesablı qələbə qazanıb.

Qarşılaşma meydan sahiblərinin baş məşqçisi Stiv Brüs üçün əlamətdar olub. Təcrübəli mütəxəssis karyerasında 1000-ci oyunu keçirib.

O, 1998-ci ilin avqustundan baş məşqçi kimi çalışır. 23 il 70 gün ərzində Brüsün komandaları 376 qələbə qazanıb, 254 heç-heçə edib və 370 dəfə uduzub.

Bu qarşılaşma 1-ci hissənin 41-ci dəqiqəsində dayandırılıb. Azarkeşlərdən birinin halı pisləşdiyindən tribunadakı fanatlar hakimləri məlumatlandırıb. Hər iki klubun həkimləri özlərini yardım üçün tribunalara yetiriblər. Referi komandaları soyunub-geyinmə otağına aparıb. Görüş qısa fasilədən sonra davam etdirilib.

ETOPAZ

Əvvəlki yazı

A seriyasında istefa

Növbəti yazı

Günün kuponu – 18.10.2021