“Qarabağ” “Neftçi” ilə fərqi artırdı

“Qarabağ” “Neftçi” ilə fərqi artırdı

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub. I dövrənin son oyun günündə 2 matç keçirilib. Çempionatın lideri olan iki komanda səfər görüşlərində qüvvəsini sınayıb.

Son çempion “Neftçi” Sumqayıtda eyniadlı klubun qonağı olub. İlk yarısında hesabın açılmadığı oyunda hər iki qol ikinci hissənin əvvəlinə təsadüf edib. Murad Xaçayev 50-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxarsa da, Sabir Buqrin cəmi 4 dəqiqə sonra bərabərlik qoluna imza atıb. Qollu heç-heçədən sonra “Neftçi” 14 xalla 2-ci, “Sumqayıt” 8 xalla 5-ci sırada qalıb.

Premyer Liqanın lideri “Qarabağ” “Sabah”la görüşüb. Xulio Sezar Rodriges ilk yarının ortalarında aşkar kobudluğa görə qırmızı vərəqə aldığı üçün Bakı klubu azlıqda qalıb. Meydan sahibi olan autsayder Qurban Qurbanovun yetirmələrinə müqavimət göstərməkdə çətinlik çəkib. 44-cü dəqiqədə Filip Ozobiç hesabı açıb. İkinci yarının əvvəlində Abdullah Zubir fərqi iki topa çatdırıb. Bakılılar Aleksey İsayevin qolu ilə buraxılan toplardan yalnız birinin əvəzini çıxsa da, məğlubiyyətdən qaça bilməyib. Bu nəticədən sonra “Qarabağ” 17 xalla 1-ci yerdə möhkəmlənib və izləyicisi olan “Neftçi”dən üç xal uzaqlaşıb. “Sabah” isə 1 xalla sonuncudur.

Xatırladaq ki, II dövrəyə gələn həftə start veriləcək. VIII turun oyunları oktyabrın 23-25-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Kerberdən imtina

Növbəti yazı

A seriyasında istefa