Hirrodan rekord, “Mayami”dən qələbə

Hirrodan rekord, “Mayami”dən qələbə

NBA-nın növbəti oyun günündə “Mayami” “Detroyt”la qarşılaşıb. “Hits” bu görüşdə 100:92 hesablı qələbə qazanıb.

Mayami təmsilçisinin müdafiəçisi Tayler Hirro bu görüşdə 31 xal yığıb. Qarşılaşmaya sonradan daxil olan oyunçu 8 ribaund və 3 ötürməyə də imza atıb.

Hirro mövsümün şəxsi rekorduna imza atıb. 21 yaşlı basketbolçu cari mövsümdə 22,1 xal, 5,6 ribaund və 3,8 ötürmə ilə diqqət çəkir. O, ən yaxşı altıncı oyunçu adına əsas namizəd sayılır.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” 17 ildən sonra 4 top fərqi ilə uduzdu

Növbəti yazı

Qurban Qurbanov: “Bazel”lə görüş daha vacib olacaq”