“Arsenal” satılmır

“Arsenal” satılmır

İngiltərənin “Arsenal” klubunun sahibi Sten Kronke London təmsilçisini satmaqla bağlı təkliflər alıb. Bunu sahibkarın oğlu Coş Kronke açıqlayıb.

O bildirib ki, dünyanın müxtəlif ölkələrindən çoxsaylı təkliflər alınıb: “Arsenal” qlobal brenddir. Bizim yeganə cavabımız budur ki, klub satılmır. 2018-ci ildən klubun sahibiyik. Bu yola yeni başlamışıq”.

Xatırladaq ki, Premyer Liqanın 11 turundan sonra 20 xala malik “Arsenal” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Milli komandada iki itki

Növbəti yazı

Remsinin müqaviləsinə xitam verilir