Qurban Qurbanov: “Bununla kifayətlənməməliyik”

Qurban Qurbanov: “Bununla kifayətlənməməliyik”

Konfrans Liqasının qrup mərhələsinin II turunun “Omoniya” – “Qarabağ” oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 49 yaşlı mütəxəssis Kiprdə qazanılan 4:1 hesablı qələbə barədə fikirlərini açıqlayıb:

“Çətin oyun gözləyirdim. Bu qələbəyə görə şadıq. “Omoniya” yaxşı komandadır, sürətli oyunçuları var. Futbolçularım sona qədər mübarizə apardılar və layiqli nəticə qazandıq. “Omoniya” əks-hücumda təhlükəli idi. Ancaq komandam qələbə üçün hər şeyi etdi. Hesab böyük olsa da, arxayınlaşmamalı, bununla kifayətlənməməliyik. Qarşıdakı matçlarda da bu cür çıxış etmək lazımdır. Bizim hətta birinci hissədə də qol imkanlarımız var idi. Fasilədə oyunçulara diqqətli olmağı tapşırdım. İlk yarıdan sonra bu nəticəni gözlədiyimi deyə bilmərəm, amma ikinci hissədə çox yaxşı idik”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan böyükhesablı əzmkar qələbə

Növbəti yazı

Marreylə Rune İndian-Uellsdə