Fransa millisində yeni kapitan
Kilian Mbappe Fransa millisinə dəvət edilmədiyi üçün yığmada yeni kapitan seçilib. Komanda Orilyan Tçuameniyə üstünlük verib.
Fransa millisi oktyabrın 10-da Millətlər Liqası çərçivəsində İsraillə üz-üzə gələcək. Budapeştdə keçirilək oyuna 22:45-də start veriləcək.
Qeyd edək ki, Fransa millisinin digər kapitanı Antuan Qrizmann milli karyerasını başa vurub.