Günün kuponu – 10.10.2024

Günün kuponu – 10.10.2024

Qətər – Qırğızıstan – 1

Çox əmin olduğum variantdır. Qətər millisi Dünya Kuboku-2026-ya yollanmaq şansını saxlamaq üçün autsayder Qırğızıstana mütləq qalib gəlməlidir. İlk 2 seçmə oyunda cəmi 1 xal qazanan Qətərin qırğızlara şans verməyəcəyini düşünürəm.

Avstriya – Qazaxıstan – 2,5 ÜST

Hər iki komanda UEFA Millətlər Liqasına uğursuz start verib: 2 oyuna 1 xal. Avstriyanın qələbəsinə şübhə etmirəm və məncə, bu, böyük hesabla olacaq.

İngiltərə – Yunanıstan – YOX/QOL

Tərəflər UEFA Millətlər Liqasının B divizionunda ilk 2 oyunu qələbə ilə başa vurub. Həm ingilislər, həm yunanlar qapısından 1 top belə buraxmayıb. Bu matçda İngiltərənin qol buraxmadan qalib gələcəyini təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Yığmamız 1/4 finalda

Növbəti yazı

Sürpriz kupon – 10.10.2024