Mahir oynadı, komandası qələbə qazandı

Mahir oynadı, komandası qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında növbəti oyunu keçirib. Təmsilçimizin komandası 8-ci tur çərçivəsində “Preussen Munster”i qonaq edib.

Görüş “Nürnberq”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start “11-lik”də başlayan Mahir 72 dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu qələbədən sonra “Nürnberq” 10 xalla 10-cu sırada qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.10.2024

Növbəti yazı

Qavinin durumuna aydınlıq gəldi