Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ikinci gününün və Konfrans Liqasındakı ilk iki matçın nəticələri səbəb olub.

Baş tutan 11 qarşılaşmadan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Lakin mövqe dəyişikliyi qeydə alınmayıb. Liderlər İngiltərə və İtaliya xal hesablarını zənginləşdiriblər. İspaniya klublarının uğursuzluğu zirvədəkilərdən uzaq düşməklə nəticələnib.

Azərbaycanın cədvəldəki yeri dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 27-cidir.

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 91,732 xal.

ETOPAZ

Əvvəlki yazı

Sensasiyalar günü: “Real”, “Bavariya” və “Atletiko” məğlub oldu

Növbəti yazı

Salahdan yeni rekord