Günün kuponu – 29.09.2024

Günün kuponu – 29.09.2024

Qlazqo Reyncers – Hibernian 1

Avropa Liqasının əsas mərhələsinə səfərdə “Malmö” üzərində inamlı qələbə ilə başlayan “Qlazqo Reyncers” “Hibernian”ın qəbul edəcək. Komandalar arasında keçirilən oyunlarda qlazqoluların böyük üstünlüyü var.
Çempionluq uğrunda mübarizə aparan meydan sahiblərinin qələbəsinə mərc edirəm.

Mançester Yunayted – Tottenhem Hotspur ALT 4.5

5 turdan sonra hərəyə 7 xal toplayan komandalar 10-11-ci pillələrdə qərarlaşıb.
“Mançester Yunayted” 5 oyuna 5 qol vurub və qapısında 5 qol görüb. “Tottenhem Hotspur” isə 9 qol vurub, qapısında 5 qol görüb. Düşünürəm ki, bu qarşılaşmada 4 qoldan artıq vurulmayacağına mərc etmək olar.

Napoli – Montsa 1

Mövsümə Verona səfərində gözlənilməz məğlubiyyətlə başlayan “Napoli” bundan sonra toparlanmağı bacardı. Komanda 4 oyunda 3 qələbə qazanıb və “Yuventus”la səfərdə qələbəyə bərabər heç-heməyə nail olub. A Seriyasının autsayderlərindən biri ilə qarşılaşmada neapolluların uğurlu seriyanı davam edəcəyini düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

“Bavariya” Virtsdən əl çəkmir

Növbəti yazı

Sürpriz kupon – 29.09.2024