“Liverpul”un Van Deyk planı

“Liverpul”un Van Deyk planı

“Liverpul” futbolçusu Vircil Van Deyklə müqaviləni uzatmağa qərar verib. İngiltərə klubu 33 yaşlı mərkəz müdafiəçisini heyətdə saxlamaq istəyir.

Niderlandlı futbolçunun özü də anlaşmanın uzadılmasına razılıq verib. O, 2027-ci ilədək komandada qalmaq arzusundadır. Müdafiəçinin indiki müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Vircil 2018-ci ildən çıxış etdiyi “Liverpul”da 276 matçda 24 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”ın Avropa kubokunda sonuncu rəqibi

Növbəti yazı

“Bavariya” Virtsdən əl çəkmir