“Bruklin”in hücumçu planı

“Bruklin”in hücumçu planı

NBA təmsilçisi “Bruklin” heyətinə yeni hücumçu qatmağı planlaşdırır. “Nets” çinli basketbolçu Yunsi Tsuy ilə ikitərəfli müqavilə imzalamağa qərar verib. Asiyalının mövsümlük maaşı 580 min dollar olacaq.

Yunsi Yay Liqasında “Portlend”də çıxış edib. O, hər matçda orta hesabla 3,0 xal toplayıb.

21 yaşlı forvard 2,01 m boya malikdir. O, ötən il “Quançjou Lunq Layons”un formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

Millimiz məğlub etdi

Növbəti yazı

Alonsonun əvəzləyicisi bəlli oldu