Lovren Yunanıstan klubunda

Lovren Yunanıstan klubunda

“Liverpul”un sabiq futbolçusu Deyan Lovrenin yeni klubu bəlli olub. Onun PAOK-a keçidi rəsmiləşib.

Bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, xorvatiyalı futbolçu son olaraq “Lion”da çıxış edib. O, bundan əvvəl Rusiyada “Zenit”, İngiltərədə “Liverpul”da forma geyinib. Xorvatiya millisi ilə AVRO-2018-in gümüş mükafatçısı olan Deyan Lovren DÇ-2022-nin də bürünc medalçısıdır.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”dən növbəti transfer

Növbəti yazı

Olmo sıradan çıxdı