Günün kuponu – 14.09.2024

Günün kuponu – 14.09.2024

Holştayn Kil – Bayern Münhen 2

Ev sahibləri hal hazırda autsayderdir. Münhenlilər isə, hər zamankı kimi əla formadadır. Meydan sahibləri bütün gücünü müdafiəyə yönəldəcək. Fikrimcə, qonaqlar asanlıqla rəqiblərindən üstün olacaqlar. Hətta böyük hesablı qələbə gözlənilir.

Liverpul – Nottingem Forest 1

“Liverpul” çempionata çox əla başladı. 3 oyun, 9 xal və 7 qol. Qapılarından da top buraxmayıblar. Sanki hollandiyalı yeni başq məşqçi uzun müddətdir ki, Premyer Liqada çalışıb. Yəqin ki, bu dəfə də “qırmızılar” azarkeşlərini sevindirəcək.

Milan – Venesiya 1

“Venesiya” ilə matç “Milan” üçün mövsümdə ilk qələbəni qazanmaq və pərəstişkarlarını sevindirmək üçün yaxşı məqamdır. Yaxşı heyətə malik milanlıların 3 oyundur ki, bəxti gətirmir. Fikrimcə, bu görüşdə tilsim qırılacaq.

Mr. V

Əvvəlki yazı

“Qalatasaray” İsveçrə millisinin futbolçusunu istəyir

Növbəti yazı

Sürpriz kupon – 14.09.2024