Türkiyə millisi mübarizəni dayandırdı

Türkiyə millisi mübarizəni dayandırdı

AVRO-2024-də 1/4 final mərhələsinə yekun vurulub. Son oyun günündə Türkiyə millisi meydana çıxıb.

“Ay-ulduzlular” Niderlandla qarşılaşıb. Matçda hesabı qardaş ölkə təmsilçisi açıb. Samet Akaydın fərqlənib. “Portağallar”ın buna cavabı ikinci hissədə gəlib. Stefan de Vrey hesabı bərabərləşdirib. Çox keçmədən Mert Müldür avtoqol müəllifi olub – 1:2.

Bununla da, Türkiyə millisi mübarizəni dayandırıb. Niderland yığması isə yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

İngiltərə yarımfinalda

Növbəti yazı

AVRO-2024-də yarımfinal cütləri bəlli oldu