İngiltərə yarımfinalda

İngiltərə yarımfinalda

AVRO-2024-də 1/4 final mərhələsi davam edir. Bu gün raundun daha bir görüşü baş tutub.

İngiltərə İsveçrə ilə qarşılaşıb. Oyun qarşılıqlı hücumlar şəraitində keçib. Matçda hesabı isveçrəlilər açıb. Brill Embolo fərqlənib. Britaniyalıların buna cavabı Bukayo Saka ilə gəlib – 1:1. Oyunun əsas və əlavə vaxtında başqa qol olmadığından penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq olan “üç şirlər” yarımfinala yüksəlib – 5:3.

Qeyd edək ki, İngiltərənin rəqibi Niderland – Türkiyə matçında müəyyənləşəcək.

ETOPAZ

Əvvəlki yazı

Morata “Milan” yolunda

Növbəti yazı

Türkiyə millisi mübarizəni dayandırdı