Avstriya Fransa və Niderlandı qabaqladı

Avstriya Fransa və Niderlandı qabaqladı

AVRO-2024-ün III turu davam edir. Bu gün D qrupunda mübarizəyə yekun vurulub.

Fransa Polşa ilə qarşılaşıb. Oyunda hesabı “üçrənglilər” açıb. Kilian Mbappe penaltini dəqiq yerinə yetirib. Onun qoluna polyaklar Robert Levandovski ilə cavab verib – 1:1. Tərəflərin səylərinə baxmayaraq, görüş bərabərliklə nəticələnib.

Digər matçda isə Niderland Avstriya ilə üz-üzə gəlib. Görüşdə erkən qol vurulub. Doni Malen avtoqol müəllifi olub. “Portağallar”ın buna cavabı Kodi Qakpo ilə gəlib. Buna baxmayaraq, Avstriya Romano Şmidlə yenidən önə keçib. Bu səfər Memfis Depay hesabı bərabərləşdirib. Lakin “qırmızı-ağlar” Marsel Sabitzerin qolu ilə qələbə qazanıb – 3:2.

Beləliklə, Avstriya 6 xalla qrupu lider olaraq başa vurub. Fransa 5 xalla 2-ci, Niderland 4 xalla 3-cü pillədə qərarlaşıb. Polşa isə 1 xalla turnirə vida edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.06.2024

Növbəti yazı

İngiltərə və Danimarka 1/8 finalda