C qrupunda mübarizə sona çatır

C qrupunda mübarizə sona çatır

AVRO-2024-ün III turu davam edir. Bu gün C qrupunda mübarizəyə yekun vurulacaq.

Hər iki qarşılaşma eyni vaxtda keçiriləcək. Bütün komandaların həm birinci, həm sonuncu yeri tutmaq ehtimalı olduğu qrupda İngiltərə Sloveniyanı sınağa çəkəcək. Danimarka isə Serbiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024
Qrup mərhələsi, III tur
25 iyun, C qrupu
23:00. İngiltərə – Sloveniya
Baş hakim: Klemen Turpin (Fransa)
Köln Ştadium

23:00. Danimarka – Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa)
Münhen Arena

ETOPAZ

Əvvəlki yazı

Modriç Avropa çempionatları tarixinə düşdü

Növbəti yazı

Polşa Fransaya, Niderland Avstriyaya qarşı