Musa Qurbanlı “Qarabağ”da

Musa Qurbanlı “Qarabağ”da

“Qarabağ” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb. Klub hücumçu Musa Qurbanlını heyətinə cəlb edib.

Ağdamlılarla 22 yaşlı forvard arasında üç illik müqavilə imzalanıb. İsveçin “Yurqorden” klubundan transfer olunan futbolçu 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Qurbanlı peşəkar karyerasına “Qarabağ”da başlayıb. O, 2019-20-ci illərdə “köhlən atlar”ın formasını geyinib. Forvard 2021-ci ilin ilk yarısında icarə əsasında “Zirə”də çıxış edib. 2021-ci ilin iyunundan klubun uğurları üçün çalışan Musa 2023-cü ilin yayında “Qarabağ”dan İsveç klubuna transfer edilib.

Qeyd edək ki, o, Azərbaycan milli komandasında 14 oyunda 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.06.2024

Növbəti yazı

“Borussiya”nın yeni baş məşqçisi bəlli oldu