“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə

I Liqada 2023/24 mövsümünün oyunlarını 61970 tamaşaçı izləyib. Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turun matçını 3800 tamaşaçı izləyib. “Karvan”ın “Mingəçevir”lə I turda, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.

Yevlax ev oyunlarındakı tamaşaçı sayında da liderdir. “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür.

ETOPAZ

Əvvəlki yazı

Osaka Paris-2024-də!

Növbəti yazı

Günün kuponu – 15.06.2024