Osaka Paris-2024-də!

Osaka Paris-2024-də!

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək daha bir tennisçinin adına aydınlıq gəlib. “Böyük dəbilqə”nin dördqat çempionu Naomi Osaka turnirə lisenziya qazanıb.

Bunu Yaponiya Tennis Assosiasiyası təsdiqləyib. Dünyanın sabiq birinci raketkası ikinci dəfə Olimpiadada iştirak edəcək. 26 yaşlı tennisçi açılış mərasimində stadiondakı olimpiya məşəlini yandırdığı Tokio-2020-də 9-cu yeri tutub. Naomi hazırda dünya reytinqində 125-ci olsa da, “Böyük dəbilqə” turnirlərinin sabiq çempionu kimi Paris-2024-ə xüsusi lisenziya əldə edib.

ETOPAZ

Əvvəlki yazı

Vaskesin taleyinə aydınlıq gəldi

Növbəti yazı

“Karvan” və “İmişli” “Şamaxı”dan öndə