Millimiz 1/4 finalda

Millimiz 1/4 finalda

Minifutbol millimiz Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün 1/8 final matçına çıxıb. Yığmamız Bolqarıstanla qarşılaşıb.

Hesabı futbolçularımız açıb. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1:1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3:1 hesabı ilə məğlub ediblər.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”də 4 ayrılıq

Növbəti yazı

“Beşiktaş”da yeni baş məşqçi