Arif Əsədov: “Qələbə qazanacağımıza inanırdım”

Azərbaycan millisi növbəti oyununu keçirib. Yığmamız “FIFA series – Edition 2024” layihəsi çərçivəsində  Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

Görüşdən sonra mətbuat konfransında millimizin məşqçisi Arif Əsədov qarşılaşma barədə fikirlərini açıqlayıb:

“İlk qələbə idi. Futbolçuları təbrik edirəm. Çətin oyun olacağını bilirdik. Rəqibin müdafiədən oynadığını təhlillərimizdə görmüşdük. Məşqlərdə bunun üzərində işləmişdik. Belə matçlarda ilk dəqiqələrdə qol vurmaq lazımdır ki, ardı gəlsin. Qələbə qazanacağımıza inanırdım”.

ETOPAZ

Əvvəlki yazı

Millimizdən çətin qələbə

Növbəti yazı

Di Mariya Maradonanı keçdi